Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Poliuretan”ın maya dəyərini aşağı salmaq üçün…” – Sex rəisinin ifadəsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dindirilmə mərhələsi davam etdirilib.
Əfrəddin Veysəlov deyib ki, həmin binada qızının evi olub və mənzildə ona məxsus xalça yanıb.
TNH şirkətində sex müdiri işləmiş Eldar Həsənov şahid qismində dindirilib. O bildirib ki, işi yalnız göstərilən norma ilə poliuretanları istehsal edib təhvil vermək olub: “Fərid Sadıqovu iş adamı kimi tanımışam”.
Hakim bildirib ki, E.Həsənovun istintaqa verdiyi ifadə ilə məhkəmədə dedikləri ziddiyyət təşkil edir. Buna görə də onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, ilkin dindirilmə zamanı şirkətə faktiki olaraq Fərid Sadıqovun rəhbərlik etdiyini deyib və poliuretanın qanunsuz olaraq necə hazırlandığını açıqlayıb: “Üzlük istehsal olunan zaman 50 faiz izosionet, 50 faiz də pulior qatılmalı idi. Ancaq sonradan izosionet 18 fazi artıq qatıldı. Bu istehsal olunan üzlüyün qısa müddət ərzində bərkiməsi üçün idi. Həm də yəqin ki, məhsulun maya dəyərini aşağı salmaq istəyiblər”.
E.Həsənov isə belə bir söz demədiyini, istintaqa verdiyi ifadəni oxumadan imzaladığını deyib.
Məhkəmə prosesi oktyabrın 4-də davam etdiriləcək.(Qafqazinfo)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Sabah bu ərazilərdə qaz olmayacaq

%d bloqqer bunu bəyənir: