Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Politoloq: “Ermənistan cəmiyyəti prezidentinə qədər qorxu içərisindədir” AÇIQLAMA

“Bu gün Ermənistan ictimaiyyəti torpaqları qaytarmağa razı deyil. Erməni xalqı müharibədən qorxsa da torpaqları qaytarmaq da istəmir. Rəsmi İrəvanın siyasətçilərinə gəldikdə isə, hakimiyyətə gəlmək üçün və ya hakimiyyətdə qalmaq üçün Qarabağ kartından istifadə edilir. Hakim elita tərəfindən torpaqların qaytarılmasına razılıq verilməsi digər düşərgədəkilərin hakimiyyətə təzyiq etmələri üçün, hakimiyyəti devirmək üçün bir bəhanəsidir”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinı görə, Ermənistan cəmiyyəti, sadə xalqından tutmuş prezidentinə qədər qorxu içərisindədir: “Onlar Rusiyanın Azərbaycanı dəstəkləyə biləcəyindən ehtiyyat edirlər. Çünki yaxşı bilirlər ki, Azərbaycanı durduran yeganə qüvvə Rusiyadır. Ordumuzun nəyə qadir olduğunu aprel hadisələri zamanı gördülər. İnanıram ki, onlar hələ də özlərinə gələ bilməyiblər. Qarabağda savaşan bir – iki veteranı çıxmaq şərti ilə müharibə başlayarsa erməni gənc əsgərləri hamısı silahlarını qoyub hara gəldi qaçacaqlar. Ukraynada vəziyyət necə idisə, Ermənistan ordusunda da elədir. Bu hadisələr bir daha göstərir ki, beynəlxalq siyasətin əsas resursu diplomatiyadan başqa, həm də güclü olmaqdır”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Hacıqabul sakini icra hakimiyyəti qarşısında özünü yandırdı FOTO

%d bloqqer bunu bəyənir: