Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Polislər kişini arvadının və uşaqlarının gözü qarşısında döyərək öldürdü – FOTO

200 nəfərə yaxın adam hadisə baş verən əraziyə toplaşaraq meyidi polislərin əlindən almağa müvəffəq olub. Onlar iddia edirlər ki, əgər meyid polisə təhvil verilsə, onun öldürülməsində polislərin rolunun olduğunu sübut etmək mümkün olmayacaq. 

24saat.org saytı xəbər verir ki, Ukraynanın Krivoye Ozero şəhərinin mərkəzində polislər 31 yaşlı kişini döyərək öldürüb.

Ukrayna mətbuatının yazdığına görə, hadisə öldürülən şəxsin evində baş verib. İddiaya görə, ailədə ər və arvad arasında xırda mübahisə yaşanıb. Bu mübahisədən sonra şəxsi avtomobilində gecələməyə qərar verən Aleksandr Tsukermanın bu davranışı həyat yoldaşını qane etmədiyindən, o, polis idarəsinə zəng vurub.

Ramiz Mehdiyevin “düşməninə” yenidən 10 il cəza verilə bilər

 Qısa müddət ərzində onların evinə əvvəlcə 3 polis əməkdaşı gələrək Tsukermanın qolunu qandallayıblar. Daha sonra hadisə baş verən evə əlavə 3 nəfər polis əməkdaşı da gəlib. Bundan sonra polislər  Tsukermanı ailəsinin gözü qarşısında cəzalandırmaq qərarına gələrək onu döyməyə başlayıblar. 6 polis əməkdaşının birgə səyi nəticəsində 31 yaşlı Tsukerman elə həyətindəcə can verib.

Tsukerman2

Ukrayna mətbuatı bildirir ki, hadisədən dərhal sonra 200 nəfərə yaxın adam hadisə baş verən əraziyə toplaşaraq meyidi polislərin əlindən almağa müvəffəq olub. Onlar iddia edirlər ki, əgər meyid polisə təhvil verilsə, onun öldürülməsində polislərin rolunun olduğunu sübut etmək mümkün olmayacaq.

Qonşuları öldürülən şəxsin mədəni və təminatlı birisi olduğunu, ailəsi ilə hər zaman yaxşı davrandığını bildiriblər. Qonşuların bu iddiasına öldürülən şəxsdən polisə şikayət edən həyat yoldaşı da qatılıb. O qeyd edib ki, polisə zəng vurmaqda məqsədi ondan küsən ərini evə gətirməyə nail olmaq olub.

24saat.org

 

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Zakir Fərəcov Sumqayıt-Binəqədi “sərhəddini” möhkəməndirir – FOTO

%d bloqqer bunu bəyənir: