Now Reading:
Polis sahibkarlardan pul alan 3 nəfər “vergi işçisini” saxladı – FOTO
Full Article 30 second read

Polis sahibkarlardan pul alan 3 nəfər “vergi işçisini” saxladı – FOTO



Qazax rayonunda özlərini vergi işçisi kimi təqdim edib insanlara qarşı dələduzluq edən 3 şəxs saxlanılıb.

“Report”un verdiyi məlumata görə, onlar Qazaxda müxtəlif obyektlərə daxil olaraq satılan məhsulların keyfiyyətsiz, köhnə olduğunu deyərək sahibkarlardan müxtəlif miqdarda pul tələb ediblər.

Hər üç şəxs Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Araşdırmalar nəticəsində Bərdə rayon sakinləri Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayevin üzərindən Ağcabədi, Tovuz, Gəncə, Şəmkir rayonlardan toplanmış qəbzlər də götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: