Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dd

Polis rəisinin qızı Türkiyədə narkotiklə tutuldu

Noyabrın 16-da səhər Bolqarıstanda polis rəisi vəzifəsində çalışan məmurun qızı Türkiyədə narkotik vasitə ilə yaxalanıb.

24saat.org APA-ya istinadən bildirir ki, Ədirnədə Kapıkule sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçmək istəyən Bolqarıstan vətəndaşı, 23 yaşlı Desislava İ.-nin gödəkçəsinin içərisində gizlədilmiş 3 kq marixuana aşkarlanıb. Desislavanın Bolqarıstanda qəsəbə polis rəisi Miroslav İ.-nin qızı olduğu üzə çıxıb. Bolqarıstanda hüquq fakültəsinin dördüncü kurs tələbəsi olan Desislava və onun olduğu avtomobili idarə edən 30 yaşlı Ahmet K. saxlanılıb. Avtomobilin sərnişin olan Desislavanın bacısı Zornitsa isə nəzarət altında olması şərtilə sərbəst buraxılıb.

Qızının saxlanılması xəbərini aldıqdan sonra Bolqarıstandan Ədirnəyə gələn Miroslav İ. qızının üzərində 3 kq marixuana tapılmasından təəccüblənib və ağlayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Türkiyədə dollar rekord qırdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: