Loading...
Loading...
rr-133

Polis prezidentə qarşı üsyana qalxdı: “Səninlə işləməyəcəyik!”

Los-Ancels polis idarəsi Trampla işləməyəcəklərini bəyan edib. Ölkə.Azxəbər verir ki, Los Ancels polis idarəsinin rəisi Çarli Bek təmsil etdiyi qurumun miqrasiya ilə mübarizə məsələsində Trampla əməkdaşlıq etməyəcəyini bildirib.

ABŞ-ın yeni prezidenti Donald Trampın qaçqınları deportasiya edəcəyi barədə açıqlamalarına Los Ancels polis departamentindən cavab gəlib. İdarənin rəisi Çarli qanunsuz miqrantların deportasiya məsələsində mövqeyini dəyişdirməyəcəyini bildirib: Kiminsə miqrasiya statusuna əsaslanan qanun tətbiq etmə fəaliyyətlərinə boyun əyməyəcəyik. Ölkə təhlükəsizliyi baxımından deportasiya cəhdlərinə aid məsələlərdə Trampla əməkdaşlıq etməyəcəyik”.

Tramp isə cinayət işləmiş, narkotik maddə satışı və ya kriminal qruplaşmalara üzv olan qaçaq miqrantların deportasiya edilməsinin vacibliyini vurğulayaraq onları həbslə də hədələyib. ABŞ-da 11 milyon miqrant yaşayır.

Nümayişlər davam edir. ABŞ-ın paytaxtı Vaşinqtonda 3 min nəfərlik kütlə “Trump Otel”-in qarşısından ABŞ Konqresinə qədər hərəkət edib və Donaldın prezident seçilməsinə etirazını bildirib. Konqresin qarşısına toplaşan mitinq iştirakçılarından bəzisi həbs edilib

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Vanqanın Tramp haqqında ŞOK PROQNOZU: “Ölkəni çökdürəcək”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: