Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Polis məhkəmədə həmkarının əleyhinə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami rayon Polis İdarəsinində növbətçi hissəsinin rəisi Mehman Əliyev dindirilib. O bildirib ki, 2012-ci ildən Nizami rayonunda xidmət edir: “15 ildən çoxdur hüquq-mühafizə orqanlarında çalışıram. 2014-cü ildə idarənin növbətçi hissəsinə rəis təyin edilmişəm. Elçini 2012-cü ildən tanıyıram. Təhlükəsiz Şəhər xidmətində operator kimi çalışırdı. Dəfələrlə kurslara gedib, təlimatları yaxşı bilirdi. Avropa Oyunlarında bizim idarə iki qrupa ayrılmışdı. Gecə və gündüz qrupları. Mən gündüz qrupunun rəhbəriydim və Atletlər kəndində xidmət aparırdım. Hadisə olan zaman həmin bu sürücünü mənim yanıma gətiriblər. Ondan hadisənin hansı səbəbdən baş verməsini soruşduqda, əyləcin tutmadığını demişdi. Həmin qəzanın video görüntülərin sosial şəbəklərdə Elçin Həsənov tərəfindən yayılmasını bilmirdim. Elçinlə əvvəllər eyni otaqda əyləşirdik. Sonradan ayrıca otaq verdilər. Elçin Həsənovun həmin görüntüləri heç kimə vermə ixtiyarı yoxuydu. Təlimatları yaxşı bilirdi. Elçin Həsənov peşakar əməliyyatçıdır. Nə qədər qapalı cinayətləri aşıb. Bunun üçün də dəfələrlə təşəkkür alıb”.
Elçin Həsənov bildirib ki, bu barədə heç bir təlimat almayıb: “Hadisədən 2 gün sonra Mehman Əliyevin otağında bir çox sənədlərə qol çəkmişəm”.

Hakim bildirib ki, dəfələrlə çağırılmalarına baxmayaraq, bir çox şahid məhkəməyə gəlməyib. Şahidlərdən 4-ü xarici ölkə vətəndaşıdır. Digər şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib.

Məhkmə prosesi iyunun 3-ə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

NİDA-çı polis bölməsindədir, vəkili zorla bölmədən çıxarıblar (yenilənib)

%d bloqqer bunu bəyənir: