Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Polis generalından insan alveri barədə AÇIQLAMA

Azərbaycan insan alveri ilə mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib.

 

Bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev Ümumdünya İnsan Alverinə qarşı Mübarizə günündə həyata keçirilən ictimai maarifləndirmə kampaniyasının açılışında deyib.

 

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin hesabatlarından Azərbaycanın adı “mənbə ölkə” kimi çıxarılıb:

 

“Azərbaycanda mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi, beynəlxalq əməkdaşlıq tədbirləri, beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir. Ölkədə 2008-2009, 2009-2014, 2014-2018-ci illər üzrə həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların bu sahədə maarifləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb.

 

Bu səbəbdən də ABŞ Dövlət departamentinin, Avropa Şurasının, GRETA təşkilatının ekspertlər qrupunun, ATƏT-in səlahiyyətli qurumlarının hesabatlarında Azərbaycanın insan alverinə qarşı mübarizəsi yüksək qiymətləndirilib. Artıq Azərbaycan öyrənən ölkə deyil, öyrədən ölkə kimi təqdim edilir.

 

İndi Azərbaycanda 3-cü milli fəaliyyət planı həyata keçirilir və bu işdə 42 mərkəzi icra orqanı, ictimai təşkilatlar, dövlət komitələri, vətəndaş cəmiyyətləri, eyni zamanda Respublika Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Vəkillər Kollegiyası, KİV nümayəndələri iştirak edirlər”.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Ermənistanda “İrs” partiyasının sədr müavini tutuldu

%d bloqqer bunu bəyənir: