Now Reading:
Polis çimərlikdəki qadına hicabını çıxarmağa məcbur etdi
Full Article 50 second read

Polis çimərlikdəki qadına hicabını çıxarmağa məcbur etdi



Fransız hökuməti qərar verdi

Qapalı geyimdə dənizə girmək mövzusu son günlərdə Fransada  böyük müzakirə mövzusu halına çevrilib. Ötən günlərdə fransız polisi çimərlikdə qapalı geyimdə dincələn və dənizə girməyə hazırlaşan qadına paltarlarını çıxarmağı məcbur edib.
Həmin anın görüntüləri geniş müzakirəyə yol açıb və hökumət qadağanı hələlik götürüb. İnsan Haqları Liginin müraciətindən sonra qadağanın inanc azadlığını ciddi və açıq şəkildə pozduğu qərara alınıb.
İnsan Haqları Liginin vəkili Patrice Spinosi qəbul edilmiş yeni qərarı belə dəyərləndirib: “Bu çox önəmli qərardır. Qərar sadəcə Villeneuve – Loubetde deyil, digər bütün qəsəbələr üçün də keçərlidir. Əgər bir qəsəbə ictimaiyyətə açıq bölgədə bir nəfərin dini inancına uyğun geyinməsini qadağan edərsə, bu inanc azadlığının pozulması olar”
Qeyd edək ki, fransız polisinin qadınları məcbur soyundurması və pul cəzası kəsməsi dünyada böyük narazılığa səbəb olmuşdu.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: