Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
63704

Polisə etiraz edən sakinlər yolu bağladı – VİDEO

İcra başçısı aksiya yerinə gəldi

Bu gün günorta saatlarında Saatlı sakinləri rayona yeni təyin olunan polis rəisi müavinin fəaliyyətinə etiraz olaraq ticarət mərkəzinin qarşısında avtomobil yolunu bağlayıblar.

Bizimyol.info xəbər verir ki, sakinlərin etirazına səbəb yol kənarında, xüsusən bazarın ətrafında dayanan nəqliyyat vasitələrinin sürücülərinin kütləvi şəkildə dayanma və ya durma qaydalarını pozmaq adı ilə cərimələnməsi və avtomobillərin polis şöbəsinə aparılmasıdır.

Aksiya yerinə gələn rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov etirazçılarla görüşüb. İcra başçısı aksiyaçılara tələblərinin nəzərə alınacağına vəd verəndən sonra avtomobil yolu açılıb.

Lakin, təxminən 20 dəqiqə sonra polis əməkdaşları protokol yazmaq üçün yenidən nəqliyyat vasitələrinin şəkli çəkməyə başlayıb və avtomobillərin bir hisssəsi cərimə meydançasına aparılıb.

Aksiyaçılardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, hadisələri qeydə alan jurnalist isə saxlanılaraq polis şöbəsinə aparılıb.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Sorğuya qısa zaman ərzində cavab veriləcəyi bildirilib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

“Çovdarov dedi ki, sənə elə iynə vurduraram, ömür boyu…” -MTN generalının şok ifadəsi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: