Loading...
Loading...

Polad Bülbüloğlu: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz”

“Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz”.

Bunu Rusiya paytaxtında Azərbaycanın 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda sabitliyə və sülhə təhlükə yaradan əsas faktor Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılmasının davam etdirilməsidir: “Ölkəmizin ərazilərinin işğalı, Ermənistan silahlı qüvvələrinin şərtsiz olaraq ərazilərimizdən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi regionda və ümumilikdə ATƏT məkanında sülhə və sabitliyə təhlükə yaradan əsas faktordur. Aprel ayında münaqişə zonasında baş verən qarşıdurmalar bunu bir daha təsdiq etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatının qarşısını şərəflə aldılar. Ermənistan mülki əhalini və mülki obyektləri iriçaplı silahlardan atəşə tutmuşdu. Onlar iriçaplı silahlarla yanaşı ağ fosforlu bombadan da mülki əhalimizə qarşı istifadə ediblər.

Azərbaycan özünün coğrafi yerləşməsi və iqtisadi potensialı sayəsində Şərq-qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin bağlayıcı həlqəsində vacib rol oynayır. Bu istiqamətdə Rusiyanın iştirakı ilə üçtərəfli əməkdaşlıq perspektiv formatları aktiv inkişaf edir. Azərbaycan Qafqaz və Xəzər regionunun gələcək inkişafına böyük töhfə verməyi, bu regionda sülhə və sabitliyi təmin etməyi qarşısına məqsəd qoyub. Lakin əməkdaşlıq potensialının tam inkişafı üçün olan maneə olan faktorları aradan götürmək lazımdır”.

Səfir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq vasitəçiliklə danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib: “Ona görə də, biz dünya ictimaiyyətinin üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi və ərazilərinin işğaldan azad olunması barədə prinsipial mövqeyinə ümid bəsləyirik. Burada sözsüz ki, xüsusi rol BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi və Cənubi Qafqazla coğrafi və tarixi sıx bağlı olan, Azərbaycanla sıx əlaqəli ölkə kimi Rusiyaya məxsusdur. Bu tədbirdə Rusiya xarici işlər nazirinin müavininin, xarici ölkələrin səfirlərinin olmasından istifadə edib bir daha bəyan etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç bir danışıqların mövzusu ola bilməz”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Yerliləri Kərəm Həsənovu etirazla qarşıladı

%d bloqqer bunu bəyənir: