Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Polad Alemdar” Lənkəranskinin təziyəsinə gəlir – ÖZƏL

Türk məşhurlar Lənkəranskinin yasına gələcək

Türkiyədə ölürülən qanuni oğru Rövşən Lənkəranskinin dəfnində tanınmışlar iştirak edəcək.

Bu barədə 24saat.org-un əldə etdiyi məlumata görə, məşhur türk aktyoru Necati Şaşmaz (Polad Ələmdar) və müğənni Mahsun Qırmızıgülün yas məclisində iştirakı gözlənilir. Lənkəranskinin hüzr mərasiminə dünyanın müxtəlif yerlərindən dostları, kriminal avtoritetlər, ayır-ayrı təbəqənin insanları gəlirlər. Məşhur “qanuni oğru” “Ded Xasan”ın qətlindən sonra Rövşən Lənkəranski əsasın Birləşmiş Ərəb Əmirliyində – Dubayda yaşayıb, İstanbula isə mütəmadi gəlirmiş. Xatırladaq ki, məşhur kriminal avtoritet avqustun 17-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində naməlum killerlər tərəfindən içərisində özü ilə bərabər daha iki nəfərin olduğu “Range Rover”in gülləbaran edilməsi nəticəsində dünyasını dəyişib. Avtomobildən killerlərə cavab atəşi açılıb. “Range Rover”in sürücüsü və Rövşən Lənkəranski çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, kriminal avtoritet isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Türkiyə polisindəki mənbələrin bildirdiyinə görə, Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.

24SAAT.ORG

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycan siyasətində Gülən amili

%d bloqqer bunu bəyənir: