Loading...
Loading...

“Pokemon”a aludə olub ikiyaşlı körpəsini unutdular

ABŞ-ın Arizona ştatında polis “Pokemon Go” oyununa aludə olaraq ikiyaşlı uşağını küçədə unudan ər-arvadı həbs edib.

24saat.org lent.az-a istinadən verdiyi xəbərə görə, Brent və Brienn Deyli cütlüyü küçədə pokemon “ovuna” çıxıblar və oyuna o qədər başları qarışıb ki, uşağı unudublar. Körpə saat yarım küçədə qalıb. Qonşular onu evin yaxınlığındakı çəmənlikdə ağlayarkən tapıblar və polisə xəbər veriblər. Bir saat sonra Deyli cütlüyü evə qayıdıb.

Onlar əvvəlcə polisə bildiriblər ki, avtomobilə qaz doldurmaq üçün evdən çıxıblar və həmin vaxt uşaq yatırmış. Lakin bir qədər sonra məsuliyyətsiz ər-arvad həqiqəti etiraf edib. Ərazinin şerifi uşağı təhlükəyə atmaq ittihamı əsasında onları həbs edib. Körpə isə dövlətin himayəsinə verilib.

Xatırladaq ki, “Pokemon Go” online oyunu bütün dünyada çılğınlıq dərəcəsində populyarlaşır. Hollandiyada avtobus sürücüsü sükan arxasında olarkən pokemon tutmağa çalışdığı üçün işdən qovulub. Polşada isə pokemonların tutulması üzrə yarış keçirilməsi planlaşdırılır.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Dənizdə qəribə canlı göründü – Video

Loading...
%d bloqqer bunu bəyənir: