Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Poçtlar qanunsuz pul köçürmələrinə nəzarət etməyəcək

Milli Məclisin iclasında “Poçt haqqında” qanunun 3.0.2-1 maddəsi ləğv edilib. Maddədə bildirilirdi ki, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət edir. Bundan sonra isə , poçt rabitəsi həmin tələblərin əməl edilməsinə nəzarət etməyəcək.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, poçt hardan bilər ki, terrorçuluğun maliyyələşdirilməsi məqsədilə bu pul köçürülüb: “Ona görə də bunun ləğv etmək lazım idi. Bununla başqa aidiyyatı orqanlar məşğul olmalıdır”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Beynəlxalq Bank büdcənin borc yükünü artırır

%d bloqqer bunu bəyənir: