Loading...
Loading...

“PKK və FETÖ-nün arxasında erməni maliyyəsi dayanır”

Elman Məmmədov: “Harda ki, Türkiyə dövlətinin əleyhinə nəsə var, demək orda hökmən erməni barmağı mövcuddur”

Son vaxtlar ölkə gündəmində ən çox müzakirə edilən məsələlərdən biri Türkiyədəki erməni məktəb və kilsələrinin bağlanması zərurətidir. Hansı ki, bəzi siyasilər hesab edir ki, Azərbaycan bununla bağlı Türkiyə qarşısında konkret tələblə çıxış etməli, bu istiqamətdə əməli addımlar atmalıdır.
Lakin məsələ ilə bağlı 24saat.news-a açıqlama verən millət vəkili Elman Məmmədov bunun Türkiyənin daxili işi olduğuna diqqət çəkdi:
“Türkiyə müstəqil, böyük bir dövlətdir. Türkiyənin öz konstitusiyası və qanunları var. Bunların hamısı Türkiyənin öz daxili işidir. Türkiyənin öz daxili siyasəti var. Məən inanmıram ki, Azərbaycan rəsmi şəkildə Türkiyədən belə bir xahiş etsin.
Türkiyədə yalnız bu gün deyil, 100-150 il bundan öncə də dövlətə, dövlətçiliyə qarşı hansısa bir əməl törədilibsə, həmin əməli diqqətlə araşdırsaq, onun içindən hökmən erməni məkri, erməni hiyləsi çıxar. Bu gün Türkiyənin mübaruzə aparığı PKK, FETÖ və s. kimi qurumlara ermənilər maliyyə yardımı göstərir. Erməni fitnəsi, erməni terror təkilatlarının bu məsələlərdə rolu var.
Mən də dəfələrlə bildirmişəm ki, Türkiyənin öz təhlükəsizliyi üçün erməniləri çox şeydən təcrid etməlidir. Ancaq bu, sadəcə bizim istəyimizdir və biz Türkiyənin işinə qarışa bilmərik. Türkiyədə son parlament seçkilərində həm hakim, həm də müxalif partiyalardan ermənilər millət vəkilləri seçildi. Ermənilər bu gün türk medasında, siyasətində, iş dünyasında mühüm rol oynayır. Mən istərdim ki, onların kökü hər yerdən kəsilsin. Lakin bu, biz istəməklə deyil. Dövlət siyasəti var və hər şey bu siyasət əsasında həyata keçirilir. Türkiyə nə vaxtsa hesab etsə ki, erməni məktəb və kilsələrinin mövcudluğu onun təhlükəsiliyi üçün təhdiddir, o zaman özü bu təhlükənin aradan qaldırılması istiqamətində lazımi addımları atacaq”.

Seymur Əliyev

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Lotu Hikməti Rusiyanın xüsusi xidmət orqanları öldürüb”

Loading...
%d bloqqer bunu bəyənir: