Advertisements
24 saat

PKK Türkiyədə daha bir terror aktı törətdi – YARALANAN VAR


Türkiyənin Mardin vilayətində terror hadisəsi baş verib.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları jandarm idarəsinin binası önündə içinə bomba yerləşdirilmiş avtomobili qoyaraq qaçıblar.

Terrorçuların uzaqdan idarə olunan bombanı partlatmaları nəticəsində partlayış ərazisindən keçən yük avtomobilinin sürücüsü ağır yaralanıb. Daha 2 əsgər isə yüngül xəsarət alıb.

Yük avtomobilinin sürücüsü Ömərli Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Terror aktını törətmiş PKK silahlılarının zərərsizləşdirilməsi məqsədilə hazırda xüsusi əməliyyat keçirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: