Advertisements
24 saat

PKK terrorçuları ilə atışmada 4 türk hərbçi şəhid olub


Türkiyənin Van əyalətinin Çaldıran rayonunda Tendürek dağı böləgəsində terrorçu PKK silahlıları ilə atışma nəticəsində bir çavuş, 3 kənd qoruyucusu şəhid olub, təhlükəsizlik xidmətinin 18 əməkdaşı yaralanıb.

“Haber 7” xəbər verir ki, yaralı hərbçi və qoruyucular xəstəxanalara yerləşdirilib.

Məlumata görə, terrorçuların zərərsizləşdirilməsi üçün havadan zərbələrlə dəstəklənən əməliyyat keçirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: