Advertisements
24 saat

PKK-nın Suriyadakı qolu Fransada da nümayəndəlik açdı


Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”-nin Fransada nümayəndəliyi açılıb.

Türkiyə KİV-i xəbər verir ki, təmsilçiliyin açılışına Fransanın bəzi rəsmiləri də qatılıblar. Fransa polisi nümayəndəliyin açılmasına etiraz olaraq aksiyanın keçirilməsinə imkan verməyib.

Xəbərə görə, Türkiyəyə “terrorçuluğa qarşı mübarizədə sizinlə birlikdəyik” deyən Fransa terrorçu PKK qruplaşmasına yer verən 4-cü Avropa dövlətidir. Bundan əvvəl Almaniya, İsveç və Çexiya hökumətləri öz ölkələrinin ərazilərində terrorçu qruplaşmanın nümayəndəliyinin fəaliyyət göstərməsinə razılıq verib.

Qeyd edək ki, PKK-çıların Rusiyada da nümayəndəliyi rəsmi olaraq fəaliyyət göstərir.(“Report”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: