Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Pivə-çaxırla gündəmə gələn səfirlikdə daha hansı maxinasiyalar olub?

Azərbaycanın Avstraliyadakı səfirliyi ilə bağlı qalmaqal gündəmin əsas mövzularındadır. Xatırladaq ki, Avstraliya mətbuatı səfirliyimizi qara bazarda spirtli içki və siqaret alverində ittiham edib.

xin-yeniBununla əlaqədar Avstraliyanın müvafiq orqanlarına məlumat daxil olandan sonra araşdırma başlanıb. “The Sidney Morning Herald” qəzetinin “Azərbaycan səfirliyi qara bazarda içki və siqaret alverilə məşğul olmasını inkar edir” başlığıyla yayımladığı məqalədə səfirliyin konkret sənədlərə və dövlət orqanlarının açıqlamalarına istinad olunur.

Məqalədə bildirilir ki, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşid və maliyyə attaşesi Araz Xasıyev iki müxtəlif təchizatçıdan 2000 litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40000 ədəd siqareti vergisiz almaq məqsədilə Avstraliya hökumətindən icazə almaq üçün özlərinin diplomatik statuslarından istifadə ediblər.

Qeyd edək ki, bu Azərbaycanın Avstraliyadakı səfirliyi ilə birinci qalmaqal deyil. Bundan əvvəl səfirliyin keçmiş əməkdaşı Anar Həsənov səfirlikdəki korrupsiya barədə sensasion faktlar açıqlamışdı. “Səfir və mühasib əlbir olaraq əslində olmayan katibə üçün maaş yazıblar. Ona ayda 2700 ABŞ dolları məbləğində əməkhaqqı yazıblar. Bundan başqa, mühasib diplomatik üstünlükdən, imtiyazlardan istifadə edərək içki və siqaret biznesinə girişib. Daha sonra guya yerli qəzetlərə elanlar çapı üçün pullar ödənib”, – deyə Anar Həsənov bildirmişdi.

Görünür, Azərbaycanın Avstraliyadakı səfirliyi diplomatik fəaliyyət üçün deyil pul qazanmaq üçün yaradılıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ermənilərə məxsus PUA ələ keçirilib – MN

%d bloqqer bunu bəyənir: