Advertisements
24 saat

Pirsaat su anbarında təhlükə


Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarında suyun səviyyəsi qalxıb.

APA-nın məlumatına görə, aramsız yağan yağışlar nəticəsində dağ çaylarında sululuq artıb. Bu səbəbdən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində eyni adlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin artıb.

Kəndə gedən yolun üzərindəki körpünü də su basıb.

Hacıqabul Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından APA-ya verilən məlumatda bildirilir ki, əraziyə əlavə olaraq texnika və canlı qüvvə cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi də əraziyə cəlb olunub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: