Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Pilotlar yatdı: təyyarə saatlarla özü uçdu

140 sərnişini daşıyan ABŞ təyyarəsinin pilotu uçuş zamanı saatlarla yatıb.

Axar.az xəbər verir ki, hadisə Parisdən Qahirəyə uçan Misir hava yollarına məxsus A320 təyyarəsi qəzaya uğrayandan bir neçə saat sonra baş verib.

Küveytə getmək üçün Fransadan havaya qalxan təyyarə dispetçerlə əlaqə saxlamadan Yunanıstan hava sahəsinə daxil olub. Bir neçə dəfə xəbərdarlıq edilsə də, təyyarədən cavab gəlməyib.

Yunanıstan Müdafiə Nazirliyinin 2 ədəd F-16 döyüş təyyarəsi Krit adasından havaya qalxaraq təyyarəyə yaxınlaşıb. Bu zaman təyyarə pilotunun yatdığı və təyyarənin idarə edilmədən uçduğu məlum olub.

Nəhayət sərnişinlər pilotları oyatdıqdan sonra təyyarə reaktivlərin müşayiəti ilə ölkənin hava fəzasını tərk edib.

Yunanıstan Müdafiə Nazirliyi təyyarə şirkətinə sərt xəbərdarlıq edərək yanacaq təminatı tələb edib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bu gün birinci Dünya Humanitar sammiti öz işinə başlayacaq

%d bloqqer bunu bəyənir: