24 saat

Peterburqda azərbaycanlıların bazarında yenə atışma oldu


Bu gün səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərinin ən iri topdansatış meyvə-tərəvəz bazası “Sofiysk”də atışma baş verib.

Virtualaz.org fontanka.ru-ya istinadən xəbər verir ki, saat 7 radələrində bazanın ərazisində silah səsləri eşidilib, bazarın işçilərindən biri travmatik tapançadan digərinə atəş açıb və hadisə yerindən qaçıb. İnsidentlə bağlı bazara çoxsaylı polis naryadı, o cümlədən OMON göndərilib. Bazarın giriş-çıxışı bağlanıb.

“Sofiysk” meyvə-tərəvəz bazası azərbaycanlıların nəzarətindədir və adı tez-tez kriminal hadisələrdə hallanır. Bu ilin iyun ayında bazarda azərbaycanlı güllələnib. Onu güllələyən və qətlin sifarişçisi də azərbaycanlı olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: