Peskovdan rus pilotun qətlində ittiham olunan türkün saxlanması ilə bağlı – AÇIQLAMA

aciqlamaRusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov türk Hərbi Hava Qüvvələrləri tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” bombardmançısının pilotunu öldürdüyünü iddia edən Alparslan Çelikin Türkiyədə tutulması haqqında yayılan məlumata münasibət bildirib.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Həmin şəxsin nəyə görə saxlanması, nədə ittiham olunması açıqlanmalıdır. Onun cinayətini türk prokurorlar araşdıracaq – biz hələ bunlarla bağlı heç nə bilmirik”, – deyə Peskov bildirib.

Qeyd edək ki, bu gün Türkiyə polisi Çelikin tutulması ilə bağlı məlumat yayıb.

Qarabağa köçən rusiyalı milyoner — “Bu gün eşitdim ki, Zakir Qaralov məni axtarır…”

Sonrakı Yazı »

Kreml Ərdoğanın əməkdaşlıq təklifinə cavab verdi: “Ankara hələ də üzr istəməyib”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: