Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Peskov Putinin düşdüyü gülünc vəziyyətə haqda danışdı

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Soçidə düşdüyü gülməli vəziyyətə münasibət bildirib.

Avropa.info xəbər verir ki, Peskov yeni hərbi texnikanın baxışı zamanı Putinin yanında dayanan general Aleksandr Şevçenkonun UAZ “Patriot” avtomobilinin qapı tutacağını qoparması insidentinə yumorla yanaşmağı tövsiyə edib.

“Gəlin reaksiya məsələsinin ağını çıxarmayaq. Əlbəttə ki, bu hadisənin maşının keyfiyyəti ilə əlaqəsi yoxdur. Gəlin bu kimi kuryozlara yumor hissi və xeyirxahlıqla yanaşaq” – o, belə deyib.

Peskov zarafatla deyib ki, maşının tutacağı artıq yerinə qoyulub.

Xatırladaq ki, dünən Ulyanovsk avtomobilinə səfəri zamanı Rusiya prezidenti “Patriot”un qapısını açmaq istəsə də aça bilməmişdi. Putinə kömək etmək istəyən general Şevçenko vəziyyəti daha da gülünc hala salıb. Maşının tutacağını qıran generala gülən Putin ona “Afərin sənə!” deyib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Tərtərdəki atışmadan son xəbər

%d bloqqer bunu bəyənir: