Now Reading:
Permyakova ömürlük həbs cəzası verildi
Full Article 1 minutes read

Permyakova ömürlük həbs cəzası verildi

Ermənistanda 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən rus hərbçi Valeri Permyakovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Moderator.az  erməni KİV-nə istinadən xəbər verir ki, məhkəmə Permyakova ömürlük həbs cəzası verib.
Məhkəmənin keçirildiyi binada təhlükəsizik tədbirləri gücləndirilib. Qərar açıqlanarkən məhkəmə zalında zərərçəkənlərin yaxınlarından heç kim olmayıb.
***
“Bu gün Şirak vilayətinin ümumi ədliyyə məhkəməsində 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakova hökm oxunacaq”.
Moderator.az Tert.am nəşrinə istinadən xəbər verir ki, Permyakov gözlənildiyi kimi ömürlük həbs cəzası alacaq.
Amma “Joxovurd” qəzetinin məlumatına görə, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.
“Ermənistan və Rusiya hakimiyyəti bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir.
“Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq”, – qəzet yazır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: