Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Pentqaon İrandan qalxıb İŞİD-i bombalayan Rusiya təyyarələri haqda – REAKSİYA

“Rusiyanın İrandakı hərbi hava bazasından həyata keçirdiyi uçuşlar ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD terrorçu qruplaşmasına qarşı yönəlmiş fəaliyyətlərinə təsir göstərmədi”.

“Report”un verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi, polkovnik Kristofer Qarver Rusiya təyyarələrinin İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərini bombalamasına münasibət bildirərkən deyib.

“Rusiya beynəlxalq koalisiyanı təhlükəsiz uçuşlara dair birgə müqaviləyə uyğun olaraq məlumatlandırıb. Uçuşlar beynəlxalq koalisiyanın hərəkətlərinə təsir göstərməyib”, – deyə o vurğulayıb.

Qeyd edək ki Rusiya “Tu-22M3” və “Su-34” bombardmançı təyyarələrini İranın Həmədandakı bazasına yerləşdirib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, bombardmançı təyyarələr bu gün İŞİD və “Ən-Nüsrə Cəbhəsi” terror qruplaşmalarının Suriyanın Hələb, Deyr əz-Zor və İdlib vilayətlərindəki mövqelərini bombalayıb. Rusiya aviasiyasının Serakab, Əl-Bab, Hələb və Deyr əz-Zor bölgələrində silah, sursat, yanacaq-sürtkü materialı olan beş anbara, eləcə də yaraqlıların hazırlıq keçdiyi düşərgəyə hava zərbələri vurduğu qeyd olunub.

Eyni zamanda, terrorçuların üç idarəetmə məntəqəsinin məhv edildiyi bildirilib.

“Al-Masdar News” portalının məlumatına görə, Rusiya və İran arasında bu yaxınlarda təyyarələrin yerləşdirilməsi ilə bağlı bağlanmış saziş Suriyadakı hədəflərə çatmaq üçün tələb olunan zamanı 60% azaltmağa imkan verəcək.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Sürücülük vəsiqəsi almaq üçün yarım milyon ödədi – FOTO

%d bloqqer bunu bəyənir: