Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Pentaqon Azərbaycana 20 milyon dollar hərbi yardım ayırıb

“Ermənistana isə 1004-cü Düzəliş ilə 41 min dollar verilib, ikinci proqram çərçivəsində qara qəpik də ala bilməyib”

Son 10 ildə ABŞ Müdafiə Departamenti Azərbaycana 20 milyon dollarlıq hərbi yardım ayırıb, Ermənistana isə «qəpik-quruş» verilib. Bunu Eurasianet.org saytında Joshua Kucera ABŞ hökumət sənədlərinə istinadla yazır.

Xarici ölkələrə hərbi yardıma Dövlət Departamenti nəzarət etsə də, antiterror müharibəsi başlanandan Müdafiə Departamenti bu işə daha çox girişib. Müəllif yazır ki, Dövlət Departamenti bu iki Qafqaz ölkəsinə yardım məsələsində bərabərlik siyasətini saxlayır, ancaq Müdafiə Departamenti həmin balansı elə də vecinə almayıb. Bakı Pentaqonun «1004-cü Düzəliş» və «1206-cı Düzəliş» adlı iki yardım proqramından faydalanıb. Bu proqramlara Konqres daha az nəzarət edir.

1004-cü Düzəliş narkotik maddələrə qarşı mübarizəyə, 1206-cı Düzəliş isə terrorçuluqla mübarizəyə yardım ayırır. Azərbaycan 2005-ci ildə birinci proqram çərçivəsində 8.5 milyon, ikinci proqramla 11.5 milyon dollar əldə edib. Ermənistana isə 1004-cü Düzəliş ilə 41 min dollar verilib, ikinci proqram çərçivəsində qara qəpik də ala bilməyib. Məlumatı Vaşinqtonda yerləşən Təhlükəsizliyə Yardıma Nəzarət təşkilatı toplayıb. Qurum ABŞ-ın müxtəlif yardım proqramları üzrə məlumat bazası saxlayır.

Yazıda qeyd olunur ki, bu pulun çoxu donanma qüvvələrinə gedib. Daha sonra, 2013-cü ildə ABŞ xüsusi qüvvələri Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərlə mübarizə bölməsinin 50 üzvünə iki aylıq təlim keçib. Təlim 916 min dollara başa gəlib.

Müəllif Pentaqonun yardım proqramlarının regionda uyğun balansı Azərbaycanın xeyrinə pozduğunu vurğulayır. «Düzdür, Azərbaycanın aldığı 20 milyon dollar region miqyasında kiçik görünür. Məsələn, Qırğızıstana həmin müddət ərzində eyni proqramlar çərçivəsində 118 milyon dollar ayrılıb. Amma Dövlət Departamenti son 10 ildə Ermənistanla Azərbaycana oxşar yardımı ciddi azaldır, ildə 2-4 milyon dollara salıb və təxminən eyniləşdirib», – yazıda vurğulanır.

«Ötən ay Dağlıq Qarabağda toqquşmalar qızışandan sonra ABŞ-ın regiona hərbi yardım məsələsi yenə gündəmə gəlib. 1992-ci ildən ABŞ-ın qəbul etdiyi 907-ci Düzəliş Azərbaycana yardımı məhdudlaşdırıb, ancaq 2001-ci ildən bəri bu əlavə hər il pozulub. Sonuncu dəfə aprelin 21-də Dövlət Departamenti təsdiqləyib ki, ABŞ-ın Azərbaycana yardımı Birləşmiş Ştatların beynəlxalq terrorçuluqla mübarizəsinin dəstəklənməsi, Azərbaycanın sərhəd təhlükəsizliyinin qorunmasından ötrü vacibdir, Dağlıq Qarabağ sülh prosesinə zərbə vurmayacaq, yaxud Ermənistana qarşı istifadə olunmayacaq», – müəllif yazır

(azadliq.org)

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Türkiyənin yeni baş naziri kim olacaq? – Sorğunun nəticələri açıqlandı

%d bloqqer bunu bəyənir: