Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
pensiya

“Pensiya və maaşları artırmaq çətin olacaq”

İqtisadçı ekspert hökumətin gələn ilki prioritetlərini şərh edir
Qubad İbadoğlu: “Büdcənin mədaxilinin təminatında  əsas yük sahibkarların və istehlakçıların üzərinə düşəcək”

2017-ci ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiymətinin 40 dollardan götürüləcəyi, həmçinin maliyyə naziri Samir Şərifovun açıqladığı digər məsələlərlə bağlı iqtisadçı ekspert Qubad İbadoğlunun münasibətini öyrəndik. Ekspert Bizimyol.info saytına açıqlamasında bildirib ki, neftin qiymətinin 40 dollardan hesablanması düzgün yanaşmadır. “Çünki, yaxın illərdə  xam neftin dünya bazar qiymətinin ciddi dəyişiləcəyi gözlənilmir. Əslində  bu qiymətin ildən ilə büdcə gəlirlərinin formalaşmasında  rolu azalır. Amma istənilən halda gerçək olması hesablamaların və proqnozların düzgün qurulmasına kömək edir.
Ölkədə iqtisadi aktivliyin aşağı düşdüyü vaxtda xərcləri bu həcmdə gəlirlərin kompensasiya  edib-etməyəcəyi ilə bağlı sualımıza ekspert belə cavab verdi:
“Təbii ki, yox. Çünki artan xərclər gəlirlərə adekvat olmaldır. Hazıda isə həm xərclərin və həm də gəlirlərin azalması prosesi müşahidə olunur. Amma nəzərə almaq lazımdır ki, xərclərin  azalmasının müəyyən həddi vardır. O həddi aşanda büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının ödənməsində və digər sosial ehtiyacların qarşılaşmsında ləngimlər müşahidə oluna bilər. Bununla yanaşı nəzərə almaq lazımdır ki, müharibə şəraitində yaşayan Azərbaycan müdafiə xərclərinin tələb olunan səviyyədə saxlamalaıdır. Müdafiə təyinatlı əsas xərclərin idxal olunan avadanlıqlar hesabına formalaşdırğını əsas götürsək və eyni zamanda nəzərə alsaq ki, devalvasiya manatla ifadə olunan idxal mallarının qiymətini atırır, onda müdafiə məqsədli xərcləri əksinə artırmaq məcburiyyətindəyik.  Bununla yanaşı sosial müdafiə və təminat, təhsil və səhiyyə xərclərini də balanslaşdırmaq  lazımdr. Hesab edirəm ki, adıçəkilən xərclərlə bağlı sekvestrə yol vermək olmaz.
Çox güman ki, xərclər sahəsində yenə də invesisiya və idarəetmə apararının saxlanmasının aşağı salınması potensialı qalır. Gəlirlərə gəlincə növbəti ildə  büdcənin mədaxil hissisəsinin təminatı  bu ilkindən çətin olacaq. Çünki, Neft Fondundan  transfertin  gələn il 1,5 milyard manat azaldılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcənin mədaxilinin təminatında  əsas yük sahibkarların və istehlakçıların üzərinə düşəcək”.
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov maş, pensiya və müavinətlərin artırlacağı ilə bağlı da açıqlama verib. “Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub” – deyə maliyyə naziri bildirib.
Qubad İbadoğlu isə bildirir ki, büdcə təşkilatlarında çalışanların maaşların artrılması anonsu verilsə də onu reallaşdırmaq asan olmayacaq. “Çünki, əvvala  ölkədə ikirəqəmli inflyasiya var, ikinciisi, büdcə gəlirləri kəskin azalıb. Üçüncüsü, büdcə təşkilatlarında əmək haqlarının artırılması pensiyaların artırılması barədə qərarı da zəuri edir. Bu isə xeyli maliyyə vəsaiti hesabına mümkündür. Bu vəsaitləri vətəndaşları və biznesi cərimələməklə toplamaq mümkün deyil. Ölkədə işgüzar fəaliyyət üçün əlverişli mühit olmalı,biznesin və istehlakçıların  alıcılıq qabliyyəti  artmaldıır. Bu isə dərin və hərtərəfli siyasi-iqtsiadi islahatlar hesabına mümkündür”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sürücülər üçün vacib xəbər: mobil telefonda anti-radar – VİDEO

%d bloqqer bunu bəyənir: