Now Reading:
Penitensiarın əməkdaşları məsuliyyətə cəlb olundu
Full Article 30 second read

Penitensiarın əməkdaşları məsuliyyətə cəlb olundu



Bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 7 əməkdaşı ədliyyə orqanlarından xaric edilib.

Report-un xəbərinə görə, bu barədə Penitensiar xidmətin bu ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov bildirib.

O bildirib ki, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb:

“Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: