Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
penitensiar

Penitensiar Xidmətdən İlqar Əliyevin ölümü ilə bağlı açıqlama

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan general Akif Çovdarovun vəkili Kamandar Nəsibov oktyabrın 25-də keçirdiyi mətbuat konfransında müdafiə etdiyi şəxsin bəzi fikirlərini açıqlayıb. O, Akif Çovdarovun MTN Antiterror Mərkəzinin rəis müavini olmuş, istintaq təcridxanasında ölən İlqar Əliyevlə bağlı dedikləri barədə danışıb. “İlqar Əliyev özünü asan idisə, ölməmişdən əvvəl özünü niyə döyürdü? Bundan başqa, o, ölümündən bir saat əvvəl evinə zəng eləyib, yeyib-içmək istəyib. Yaxud Orxana (MTN-nin həbsdə olan başqa bir əməkdaşı) ərizə yazdırıblar ki, guya özü öz başını divara vurub. Onu o vaxtdan tibb-sanitar hissəsinə salıblar, havaya da buraxmırlar. Bütün bunları mənə Çovdarov deyib”, – Kamandar Nəsibov bildirib.

Bizimyol.info saytı sabiq MTN generalının dedilkəri ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinni mövqeyini öyrənib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, İlqar Əliyevin təcridxanada intihar etməsi faktı üzrə hüquq-mühafizə orqanları müvafiq araşdırma aparılb və məsələyə hüquqi qiymət verilib.

Qeyd edək ki, sözügedən intiharla bağlı rəsmi məlumatda bildirilirdi ki, xəbəri ilə bağlı dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.

Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılıb.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Akif Çovdarovun “haqq-ədalət ricaları”na hüquq müdafiəçiləri -Reaksiya verdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: