Loading...
Loading...

Penitensiar Xidmət Bəylər Əyyubovun nəzarətinə keçdi

Generala yaxınlığı ilə tanınan Ceyhun Həsənov Mədət Quliyevin keçmiş vəzifəsinə təyin edildi

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib.

Ceyhun Həsənov bu təyinata qədər Daxili Işlər Nazirliyinin (DIN) Nəqliyyatda Baş Polis Idarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyev olub.

Mədət Quliyev ölkə başçısı Ilham Əliyevin 20 noyabr 2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Məlumat üçün deyək ki, Pentisiar Xidmətin rəisi vəzifəsi təxminən 7 ay idi ki, boş idi. Bəzi məlumatlara görə, bunun səbəbi iddialıların çoxluğu ilə bağlı olub. Məlumatlarda bildirilirdi ki, bu post uğrunda 4 nəfər mübarizə aparır: Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov.

Iddialara görə, Ismayıllının keçmiş polis rəisi Nizami Qocayev də bu posta iddialı olub. Və onun bu vəzifəyə təyinatı da demək olar ki, gün məsələsi imiş. Daha doğrusu Nizami Qocayev polis rəisi vəzifəsindən azad edilən gün bu vəzifəyə təyin olunmalı imiş. Lakin bu barədə mediaya məlumat sızdırılması Nizami Qocayev barədə qərarın dəyişməsinə səbəb olub və o, Məhkəmə Qərarlarının Icrası Baş Idarəsinin Gəncə regional şöbəsinə təyinat alıb.

Digər iddialılar barədə isə mediada neqativ faktlar dərc olunduğuna görə, onların üzərindən xətt çəkilib.

Ceyhun Həsənova gəlincə, bildirilir ki, o, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxsdir. Görünür, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsinin zərərsizləşdirilməsində Bəylər Əyyubovun mühüm rol olduğuna görə, Penitensiar Xidmətin rəisi vəzifəsi ona güzəşt edilib. Hər bir halda bu qurum artıq prezidentin şəxsi mühafizə xidmətinin nəzarətinə keçib.

azadliq.info

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Hakimiyyətdən Razi Nurullayevə təhqiramiz təklif – YAXCP

%d bloqqer bunu bəyənir: