Pele vurduğu ən gözəl qolu açıqlayıb


Futbolun canlı əfsanəsi Pele çoxillik karyerası boyunca vurduğu qollardan hansının ən gözəl olduğunu açıqlayıb.

24saat.org Braziliya mətbuatına istinadən xəbər verir ki, dünən Milanda özünə həsr olunmuş filmin təqdimatı mərasimində çıxış edən Pele bildirib ki, ən gözəl qolu “Santos”la “Yuventus”un oyununda vurub:

“Dörd nəfəri keçdim və topu başla qapıya vurdum”.

Həmin qolun videoyazısı qalmasa da, kompüter qrafikası ustaları onu yenidən canlandırmağa müvəffəq olublar.

 

 

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

“Avropa çempionatında futbolçular oruc tutmayacaq”

%d bloqqer bunu bəyənir: