Advertisements
24 saat

“Pegasus” Azərbaycana uçuşları dayandırdı


Bu xəbəri nə təsdiq, nə də inkar edən şirkət yazılı açıqlamanı gözləməyi məsləhət görüb…

Türkiyənin İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərini gerçəkləşdirən “Pegasus” hava yolları şirkəti bu ilin (2016) oktyabrından başlayaraq, Azərbaycana uçuşlarını dayandırıb.

“Pegasus”un saytında bu reyslərlə bağlı uçuşlar əksini tapmayıb.

Şirkətin Azərbaycandakı satış bürosundan uçuşların dayandırılmasını AzadlıqRadiosu-na təsdiqləsələr də, səbəbini açıqlamayıblar.

“Pegasus”un xəbəri nə təsdiq, nə də inkar edən Türkiyədəki ofisinin mətbuat xidməti AzadlıqRadiosu-na yazılı acıqlamanı gözləməyi bildirib.

Azbüdcəli uçuşlarıyla tanınan “Pegasus” bu ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı.

“Pegasus”un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: