Loading...
Loading...
tixac

Paytaxtda tıxacları Baş plan yaradır

Nəqliyyat sektoruna pullar artdıqca problemlər də çoxalır

Paytaxtın nəqliyyat problemi artıq uzun illərdir həll olunmur. Büdcədən ilbəil artan vəsaitlər, tikilən yollar, salınan körpülər, qurulan intellektual nəqliyyat sistemləri, ölkəyə avtomobil idxalına qoyulan məhdudiyyətlər, rayon avtomobillərinin paytaxta giriş qadağıası belə bir dəyişiklik yaratmır. Məmurlar baş sındırsalar da görünür fantaziyaları nəqliyyat gecikmələri, basabasdan qurtulmağa yetmir. “Bizim Yol” qəzeti bu problemin baş plandan qaynaqlandığını ortaya qoyub.
Bir qayda olaraq, şəhərsalma planı 20 il ərzində olan bir dövrü hədəfə alır və şəhərsalma proqnozu da 30-40 ili əhatə edə bilir. Paytaxtın bizim gördüyümüz sonuncu planı 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrə aiddir. İndi isə 2016-cı ildir. Yənui köhnə planın üstündən 30 il keçib. Yeni plan yaxın illərdə tərtib olunub, amma ictimaiyyətə təqdim edilməyib. Odur ki, şəhərin infrastrukturu barədə səhih bilgilər yoxdur. Ona görə də biz əsasən köhnə planda əksini tapan məlumatlara istinadən ümumi vəziyyəti təhlil edə bilirik.
Köhnə baş planla sərnişin daşımanın ümumi həcmində elektrik nəqliyyatının xüsusi çəkisinin artırılması nəzərdə tutulurdu. 2005-ci il üçün elektrik nəqliyyatının xüsusi çəkisi 45%-ə qarşı təxminən 70% təşkil edəcəkdi. Baş planla qəbul olunmuş ictimai nəqliyyat növləri üzrə daşınmaların xüsusi çəkisinin dinamikası belədir: metropoliten 1986-cı ildə ictimayi nəqliyyat yükünün 20,7%-ni çəkirdisə, artıq 2005-ci ildə 40% nəqliyyat yükü onun çiyninə düşəcəkdi. Tramvayda nəqliyyat yükünün 20 il ərzində 5,3%-dən 6%-ə, trolleybus yükünün 8,6%-dən 24%-ə qaldırılması, avtobuslarda isə 65,4%-dən 30%-ə endirmək planlaşdırılırdı. Baş Plan elektrik nəqliyyatının xüsusi çəkisini hesabat müddətində 34,6%-dən 70%-ə qaldırılmasını nəzərdə tuturdu. Metropolitendən istifadə 19.3% artmaqla paralel olaraq tramvay və trolleybuslar da bu yükü paylaşacaqdılar. Trolleybusdan istifadədə üç dəfəyə yaxın bir yüksəliş gözlənilirdi. Bu zaman avtobuslara tələbat iki dəfədən çox azalaraq 65.4%-dən 30%-ə düşəcəkdi. Tramvaydan istifadə də artacaqdı. Amma o vaxtlar tramvay və trolleybusların dövriyyədən çıxarılacağı proqnozlaşdırılmayıb, çünki hökumətdə belə bir niyyət ümumiyyətlə olmayıb. Sonradan bu iki nəqliyyat növünün ləğvi ilə gözlənilən 30% yükü də metro və avtobus nəqliyyatı öz aralarında bölüşür. Bu göstəricilər hələ 10 il bundan əvvələ hesablannışdı. Ondan sonrakı dövrdə də şəhərin bütün yükü cəmi iki növ ictimai nəqliyyatın çiynindədir.
Bununla yanaşı sənəddə metropolitenin payının kəskin artaraq uzunluğun 25,1 km-dən 52 km-ə çatacağı, stansiya sayının isə yekunda 2005-ci ilə 31 olaraq planlaşdırılmışdı. Təsdiq olunmuş 1981-2000-ci illər üçün Bakı şəhəri və Abşeron yarımadasının bütün şəhər və xarici nəqliyyat növünün kompleks inkişaf sxemi ilə kütləvi ictimai nəqliyyat xətlərinin aşağıdakı ölçülərlə artırılması nəzərdə tutulmuşdu: metropoliten 52 km. (1986-cı ildəki 25,1-ə qarşı), trolleybus 230 km. (1986-cı ildəki 140-a qarşı), avtobus 400 km. (1986-cı ildəki 300-ə qarşı). Kütləvi ictimai nəqliyyat şəbəkəsinin sıxlığı hesabat müddətində 50% də artacaqdı. Bu gün paytaxtda metrostansiyaların sayı 23-dür, uzunluğunun isə Dərnəgül stansiyasının açılışı zamanı 32.9 km olduğu bildirilirdi. Deməli, hələ üstündən 10 il də ötməsinə baxmayaraq, hazırda Metropoliten köhnə Baş Planın tələblərinə cavab vermir. Trolleybus xətti də arzu edildiyi kimi 230 km.-ə qədər uzadılmayıb, istifadədən çıxarılıb. Nəqliyyat sektoru bu plana uyğun inkişaf etdirilmiş olsaydı, biz 2005-ci ilin şərtləri ilə belə olsa nəqliyyatda bu qədər problem yaşamazdıq. Amma deiyimiz kimi, onun da üzərindən hələ bir 10 il də ötür. Əhali sayı artıb, artıq 10 milyona sürətlə yaxınlaşırırq. Bu da təbii olaraq infrastrukturun genişləndirilməsi üçün əsasdır.
Lakin, baş plandan kənara çıxmağın nəticəsidir ki, bu gün şəhərdə böyük sıxlıq müşahidə olunur. 2005-ci ildə ömrünü başa vuran planda ən son şəhərin avtomobil parkının 378 min vahidə çatacağı bildirilirdi. 1 yanvar 2016-cı il üçün Bakıda 728,7 min avtomobil qeydiyyata alınıb. Bu da 11 il bundan əvvəl proqnozlaşdırılandan iki dəfə çoxdur. Qeyd edək ki, bu il dövlət büdcəsindən nəqliyyat sektoruna 83 174 634 manat ayrılıb. Ayrıca Nəqliyyat Nazirliyinə 30 706 006 manat, avtomobil yolları təsərrüfatına 25 021 006 manat, Avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsinə 5 685 000 manat, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə verilən subsidiya isə 37 998 199 manat olub. Bunlar cari xərclərdir. Avtomobil parkının yenilənməsi, yolların çəkilişi üçün yönəldilən vəsaitlər burada əksini tapmır. Son illər nəqliyyat sisteminin yaxşılaşdırılmasına milyardlar ayrılıb. Ancaq vəsait artımı bu sektorda pozitiv meyllər nümayiş etdirmir.
Bizimyol.info

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Pensiya və maaşları artırmaq çətin olacaq”

Loading...
%d bloqqer bunu bəyənir: