Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Patrik Hikkini çılpaq yaxalayıblar – VİDEO

Avropa Olimpiya Komitəsinin və eyni zamanda İrlandiya Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini Braziliya polisi oteldə çılpaq yaxalayıb.

Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, polislər Patrik Hikkinin qaldığı otelə daxil olanda o, qaçmağa çalışıb. Lakin polislər Patrik Hikkinin qaçmasına imkan verməyiblər. Onun həbs edildiyi anların videokadrları da yayılıb və kadrlardan görünür ki, Patrik Hikki əvvəl qapını aralayıb çölə baxır, ardınca polislər otağa daxil olurlar və Avropa Olimpiya Komitəsinin prezidentini çılpaq halda yaxalayırlar.

Rio-de-Janeyro polisi bildirir ki, Patrik Hikki İrlandiya Olimpiya Komitəsi üçün ayrılmış biletləri dəyərindən bir neçə dəfə baha satdırmaqda ittiham olunur. Belə ki, Rio Oyunlarının açılış mərasimi üçün biletlərin qiyməti 1400 dollar olub, Hikki isə Britaniya şirkəti olan TNG-nin vasitəsilə biletləri az qala 8 min dollardan satdırırmış. Polis Hikkinin qanunsuz yolla 3 milyon dollar gəlir əldə etmək üçün qurulan sxemdə yer aldığını bildirir.

Lakin polis 71 yaşlı Hikkini hələ dindirə bilməyib. Çünki onun vəziyyəti polis bölməsinə aparılandan sonra pisləşib və xəstəxanaya aparılıb.

Virtualaz.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Rövşən Lənkəranski” güllələndi, xəstəxanada keçindi

%d bloqqer bunu bəyənir: