Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Patrik Hikkini əvəzləyən də bilet alverçisi çıxdı

Avropa Olimpiya Komitəsinin prezidenti və eyni zamanda İrlandiya Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki Rio-de-Janeyroda həbs olunandan sonra onu əvəzləyən Uilyam O‘Brayenin də həbsinə sanksiya verilib. Lakin o, Brazliyanı tərk etməyə imkan tapıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Rio oyunlarında bilet alveri işini aparan müstəntiqlərdən biri Aloyzyu Falkao keçirdiyi mətbuat konfransında bildirib.

Patrik Hikki həbs olunandan sonra İrlandiya Olimpiya Komitəsinin prezidenti vəzifəsində onu Uilyam O‘Brayen əvəzləyib. Həmin vaxt o da Rio-de-Janeyroda olub. Braziliya polisi müəyyən edib ki, Patrik Hikkinin qurduğu bilet alveri sxeində Uilyam O‘Brayen də yer alıb. “Onun Patrik Hikki ilə əlbir olduğuna dair çoxsaylı dəlillər var”-müstəntiq deyib.

Prokuror Uilyam O‘Brayenin həbsi üçün sanksiya verib və ötən bazar günü onu həbs etmək üçün polislər gedib. Lakin məlum olub ki, Uilyam O‘Brayen həbs olunacağından xəbər tutaraq Braziliyanı tərk etməyə imkan tapıb. Müstəntiq deyib ki, onun istintaqa cəlb olunması üçün İrlandiya hökumətindən kömək istəyəcəklər. Patrik Hikki isə hazırda Rionun Banqu həbsxanasında saxlanılır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Lənkəranskinin cənazəsini Azərbaycana kim gətirib? – TƏFƏRRÜAT

%d bloqqer bunu bəyənir: