Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Paşazadə Türkiyəyə 100 min dollarlıq çek hədiyyə etdi – Fotolar

Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni qəbul edib.

24saat.org  “Haberler” saytına istinadən xəbər verir ki, görüşdə 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması barədə danışılıb.
Allahşükür Paşazadə isə Türkiyəyə “keçmiş olsun” mesajlarını çatdırıb, Azərbaycan xalqının bu hadisələrə görə türk xalqı ilə eyni üzüntüləri yaşadığını deyib.
Prezident Ərdoğanın xalqı meydanlara çağırmasına toxunaraq bildirib ki, “milyonlarla insan küçələrə töküldü, öz birliklərini, dövlətini qorudu”.
Görüşdə Allahşükür Paşazadə Azərbaycan xalqı adından 15 iyul hadisələri zamanı həlak olanların ailələrinə yardım üçün göndərilən 100 min dollarlıq çekini də Kahramana təqdim edib.
Paşazadə Türkiyədə dini liderlərin toplantısına qatılmaq üçün Ankaraya səfər edib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Sevgi yataqdan sonra qadının saçından öpməkdi… – Fotolar

%d bloqqer bunu bəyənir: