Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
64962

Parlamentdə məsələ qaldırıldı: “Rusiyaya müraciət etməliyik”

“Ermənistan prezidenti Respublika Partiyasının qurultayında dolayısı ilə Azərbaycanı hədələyərək bildirib ki, lazım gələrsə Bakını da işğal edə bilərlər.”

“Ermənistan prezidenti Respublika Partiyasının qurultayında dolayısı ilə Azərbaycanı hədələyərək bildirib ki, lazım gələrsə Bakını da işğal edə bilərlər. Biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sarkisyan indi Kremldə gedib özünə deşik tapıb”.
Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bu günkü iclasında deputa Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Sarkisyan sanki bizə meydan oxuyur. Onun sözlərinə görə, Sarkisyan arxasında Rusiyanın “İsgəndər” raketlərini hiss etməklə özünü güclü hesab edir: “Uzun müddət mən Azərbaycanla Rusiya münasibətlərinin yaxşılaşmasının tərəfdarı kimi çıxış etmişəm. Bildirmişəm ki, Ermənistanın arxasında Rusiya dayanır və ona görə də münaqişə həllini tapa bilmir. Bu gün Şoyqu İrəvana gəlir və orada birgə qoşun yaradılması ilə bağlı sənəd imzalanacaq. Bu, Rusiyanın münaqişənin həllindəki vasitəçiliyə və Azərbaycanla münasibətləri ilə uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qaldırması üçün əlindən gələni edir. Amma nə belə vasitəçi nə də strateji tərəfdaş olmaz.
Ona görə də biz Milli Məclis, hökumət olaraq Rusiyaya açıq şəkildə müraciət etməliyik. Əgər Rusiya Ermənistanı bu cür formada dəstəkləyəcəksə, işağlın davam etidirilməsinə şərait yaradacaqsa, o zaman biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rus dilində təhsil alır.
Rusiya ilə birgə müxtəlif tədbirlər, layihələr həyata keçiririk. Belə olan halda Rusiyanın bizə olan münasibəti arzu etdiyimiz münasibətlərə uyğun gəlmir. Rusiya ya vasitəçi kimi bitərəfli mövqeyini qoruyub saxlamalı, ya da Azərbaycan-Rusiya ilə münasibətlərinə yenidən baxmalı, İsrail, Pakistanla olan münasibətlərini strateji müttəfiqliyə qaldırmalıdır. Nəhayət biz özümümüzü Rusiyanın münaqişənin həllində vasitəçi olduğuna aldatmamalıyıq”-deyə Qüdrət Həsənquliyev bildirib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Hüseynqulu Bağırov xalası oğlunun obyektini niyə sökdürüb? – Nazirlikdən sərt AÇIQLAMA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: