Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Parlament və hökumətdə Gülənçilərin olması mümkündür”

 

Əli Əliyev: “AKP hakimiyyətinin Azərbaycan hakimiyyətinə yönəlik bəzi xahişləri olub…”

VİP sədri Əli Əliyev 24saat.org-a açıqlamasında Azərbaycan hakimiyyətində Fətullah Gülən tərəfdarlarının olması ehtimalını şərh edib. Belə bir ehtimalın reallığını istisna etmədiyini bildirən partiya sədri, yaxın keçmişdə baş verən bəzi hadisələrə də diqqət çəkib:

“Bu ehtimalın reallığını mümkün hesab edirəm. Unutmaq lazım deyil ki, hazırkı AKP məhz Gülənçilərlə ittifaqda hakimiyyətə gəlib. Bu müddət ərzində AKP hakimiyyətinin Azərbaycan hakimiyyətinə yönəlik xahişləri olub. Prezident Aparatının şöbə müdiri bir neçə il bundan öncə işdən kənarlaşdırıldı. Bu zaman onun Gülənlə əlaqələrə malik olması ilə bağlı iddialar səslənmişdi. Həmin araşdırma zamanı hakimiyyətdə təmsil olunan bir neçə şəxsin camaat nümayəndəsi olması ilə bağlı mətbuatda məlumatlar dərc olundu.

Zaman-zaman böyük dövlətlər Azərbaycanda öz tərəfdarlarının müxtəlif vəzifələrdə təmsilçiliyini xahiş ediblər. Bu baxımdan, parlamentdə də, hökumətdə də bu cür adamların olması mümkündür”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Baş Prokurorluq Natiq Cəfərlinin həbsi ilə bağlı rəsmi açıqlama yaydı

%d bloqqer bunu bəyənir: