Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Paris İqlim Sazişi imzalanacaq

Aprelin 22-də dünyanın 150-dən artıq ölkəsinin təmsilçiləri BMT-də Paris İqlim Sazişinə imza atacaqlar.

İmzalama mərasiminə BMT Baş katibi Ban Ki-moon, Fransa Prezidenti Francois Hollande və digər liderlər qatılacaq.

Razılaşmanın mətni dekabrda 200-dək ölkəyə paylanıb. Məqsəd iqlim dəyişikliyinin təsirini azaltmaq, qlobal orta temperatur artımını 2 dərəcədən aşağı saxlamaqdır.

BMT bildirir ki, imzalama mərasimində rekord sayda iştirak temperatur artımının önlənməsinə qlobal dəstəyi göstərir. Ancaq bəzi ətraf mühit fəalları bu tədbirin “diqqəti yayındırma” məqsədi güddüyünü iddia edir.

Saziş 55 ölkə onu ratifikasiya edəndən 30 gün sonra qüvvəyə minəcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda fəhlə faciəli şəkildə ölüb

%d bloqqer bunu bəyənir: