Paralimpiya Oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb


Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. Cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.

Paylaş:

ABŞ sözçüsü Türkiyə ilə yaşanan viza krizindən danışdı – UĞUR ƏLDƏ ETMİŞİK

Sonrakı Yazı »

Ilk qızıl cüdoçu Ramil Qasımovdan gəldi

%d bloqqer bunu bəyənir: