Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Panama Papers” qalmaqalı Hollywood filminə çevrilir

“Panama Papers” maliyyə qalmaqalı axır ki, Hollywooda yol tapıb. “Reuters” bildirir ki, iki alman araşdırmaçı jurnalistin kitab halına saldığı araşdırmalar yaxınlarda “Netflix” film şirkəti tərəfindən tanınmış prodüsser John Wells-in başçılığı ilə filmə çevriləcək.

Bu həmin mövzuda çəkilmiş 4-cü film olacaq və aprel ayında Panamada yerləşən “Mossack Fonseca” hüquq şirkətinin vasitəsilə dünyanın müxtəlif yerlərində vergidən yayındırılan pulların anonim şirkətlərin köməyi ilə oğurlanmasını sübut edən sənədlərin yayılmasından sonra rejissorların diqqətini çəkməkdədir.

Bu ayın əvvəlləri amerikalı rejissor Steven Soderbergh də jurnalist Jake Bernstein-inçapa hazırlanan “Dünyanın sirrləri” adlı başqa bir kitabın əsasında “Panama qalmaqalı” haqda film çəkəcəyini bildirmişdi.

"Panama Papers" araşdırmasının həmmüəllifləri, alman jurnalistləri Frederik Obermaier və Bastian Obermayer.

“Panama Papers” araşdırmasının həmmüəllifləri, alman jurnalistləri Frederik Obermaier və Bastian Obermayer.

“Netflix” şirkəti bildirib ki, alman jurnalistləri Frederik Obermaier və Bastian Obermayer-in yazılarından ibarət, iyun ayında çıxmış “Panama Papers: Dünyanın varlı və güclü adamlarının pullarını harda gizlətdiyinin aşkarlanması” adlı kitablarının müəlliflik hüququnu artıq alıb.

“Netflix” təmsilçisi Ted Sarandos bildirib ki: Film “macəravi əhvalatları əks etdirəcək”. “Panama Papers” layihəsində çalışmış beynəlxalq jurnalistlər konsorsiumunun üzvləri də film üzərində işləyəcək.

Azadlıq.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkiyədə polislərə iriçaplı silahlar veriləcək

%d bloqqer bunu bəyənir: