Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
pan-gi-mum

Pan Gi Mun MDB ilə əlaqələrin genişləndirilməsini zəruri hesab edir

BMT-nin artıq keçmiş baş katibi Pan Gi Mun MDB, KTMT və ŞƏT regional təşkilatları ilə dialoq və əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab edir.

O bunu cümə günü BMT Təhlükəsizlik Şurasının BMT-nin regional təşkilatlar ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə iclasında bildirib.

Pan Gi Mun BMT-nin MDB, KTMT və ŞƏT ilə terrorçuluqla mübarizə məsələləri üzrə əməkdaşlığını, onların BMT-nin Mərkəzi Asiyada əks-terror strategiyasında fəal iştirakı və dəstəyini qeyd edib.

O, narkotik trafiki və qeyri-leqal miqrasiya ilə mübarizə, həmçinin sülhməramlılıq sahəsində qarşılıqlı fəaliyyəti xüsusi qeyd edib. Baş katib BMT-nin bu məhsuldar tərəfdaşlığın gücləndirilməsinə sadiq olduğunu bildirib.

“Strateji dialoqu dərinləşdirmək, ümumi yanaşmaları yaranan böhranlara uyğunlaşdırmaq və sülh və təhlükəsizliyə təhlükə sahəsində ümumi öhdəliklər üzərində işləmək vacibdir”, – deyə Pan Gi Mun əlavə edib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Mosula hücum dayandırılıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: