Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Palsüd” ölkə sərhədlərini aşdı (VİDEO, FOTO)

Məlum olduğu kimi, “Palmali” Şirkətlər Qrupunun tərkibində 2005-ci ildə “NurSüd MMC” süd və süd məhsulları emalı zavodu təsis edilib.

Artıq 2008-ci ilin əvvəlindən etibarən “PalSüd ” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları marketlərin piştaxtalarını bəzəməyə başlayıb. Eyni zamanda, 2009-cu ildə “Paldad” ticarət nişanı ilə dondurma istehsalına başlayan “Palfood MMC“ dondurma fabriki də yaradılıb.palsud1
Ölkəmizdə özünəməxsus keyfiyyəti ilə alıcıların rəğbətini qazanan “Palsüd” bu gün artıq Azərbaycan sərhədlərini aşıb. Şirkətin məhsulları iyun ayinin 1-dən etibarən Gürcüstan Respublikasına ixrac olunmağa başlayıb. Gürcüstana yola düşən ilk yük maşını karvanı “Palsüd”ün anbarlarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının nəzarəti ilə yüklənib və maşının yük yeri möhürlənib.

 
“Palsüd dağıntı” MMC-nin satış müdiri Məhəmməd Osmanov bildirib ki, zavod qonşu ölkədə süd məhsulları bazarında sağlam rəqabət aparacaq: “Palsüd” məhsulları Gürcüstanın müvafiq strukturlarının təbii süd, yağ, yüksək keyfiyyətli enerji və qida dəyərlərinə riayət olunması tələbindən uğurla keçib. Artıq Gürcüstan Respublikasının vətəndaşları təbii süddən yüksək keyfiyyətlə hazırlanmış “Palsüd” məhsullarının bütün çeşidlərini market və mağazalardan ala biləcəklər. Zavodumuz Azərbaycan istehsalı adı altında istehsal etdiyi məhsullarını Gürcüstandan sonra daha bir neçə ölkəyə çıxarmaq planları üzərində uğurla çalışır”.

Satış müdiri vurğulayıb ki, şirkət məhsullarını dəfələrlə beynəlxalq sərgilərə çıxarıb. “Palsüd” keyfiyyət və çeşidinə görə həmişə ön sıralarda olub.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

İcra başçısı ağacları kəsdirib, çayxana tikdirir – FOTOLAR

%d bloqqer bunu bəyənir: