Pakistanda terror aktı törədildi

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Mərdan şəhərində iki partlayış olub.

Yerli mənbələr xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış sonradan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən dörd yaraqlının hücumu nəticəsində baş verib.

Hazırda partlayış sahəsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, istintaq-araşdırma tədbirləri həyata keçirilir.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

ABŞ-ın dövlət borcu 19.5 trilyon dolları keçdi

%d bloqqer bunu bəyənir: