Advertisements
24 saat

Pakistan taliblərinin lideri öldürüldü


Pakistanda taliblərin lideri Manqal Baqx məhv edilib.

RİA Novosti xəbər verir ki, bu barədə Əfqanıstan prezidentinin müşaviri Xənif Atmar məlumar verib.

Onun sözlərinə əsasən, Manqal Baqxın zərərsizləşdirilməsi barədə məlumatı Birləşmiş Ştatlar da təsdiq edib.

Bildirilir ki, Pakistan taliblərinin lideri ötən gecə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ Əfqanıstanda 134 uşağın ölümündə günahkar sayılan “Taliban” lideri Umar Xəlifəni zərərsizləşdirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: