Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
pakistan2

Pakistan Azərbaycana yarım milyard dollarlıq silah göndərmək üçün hazırlıqlara başladı

Pakistanın Ticarət və Müdafiə Sənayesi nazirlikləri Azərbaycana yarım milyard dollarlıq müdafiə təyinatlı məhsulların ixracının tezləşdirilməsinə dair birgə fəaliyyət planını təsdiq ediblər.

Virtualaz.org xəbər verir ki, bu barədə Pakistan radiosu bildirir. Qərar İslamabadda ticarət naziri Hurrəm Dəstigirin və müdafiə sənayesi naziri Rana Tanver Hüseynin iştirakı ilə qəbul olunub. Habelə qərara alınıb ki, ticarət naziri qarşılıqlı istisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair məsələləri müzakirə etmək üçün noryabrın sonlarında Bakıya səfər etsin.

Müdafiə sənayesi naziri Rana Tanver Hüseyn deyib ki, Azərbaycan Pakistandan hərbi texnologiya, silahlar və müdafiə təyinatlı digər məhsullar idxal etmək istəyini bildirib.

Xatırladaq ki, Pakistan prezidenti Nəvaz Şərif bu yaxınlarda Bakıda səfərdə olub. Səfər zamanı Azərbaycanın Pakistandan silah və hərbi texnologiyalar almasına dair danışıqlar aparılıb. Virtualaz.org həmin danışıqlar və Azərbaycanla Pakistanın hərbi-texniki sahədə əməkdaşlıq imkanları barədə analiz dərc etmişdi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

UNESCO: “Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: