Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Pərviz Həşimli evinə silah qoyan MTN zabitinin adını açıqladı

Bu yaxınlarda azadlığa çıxmış keçmiş vicdan məhbusu Pərviz Həşimli 2013-cü ildə MTN-nin onu şərləməsi ilə bağlı yeni fakt açıqlayıb.
Jurnalist bununla bağlı feysbuk səhifəsində yazıb:
“2013-cu il 17 sentyabr tarixində Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinin mənzilimə hücumunu heç kəs unutmayıb. Həmin günü 5 yaşlı qızım Zeynəb balaca əllərini köksündə çarpazlayaraq, “nə olar bizi öldürməyin” deyə, o quldur dəstəsinin qarşısında fəryad eləmişdi.
Bu gün evimə silahı qoyan MTN-nin zabitinin adını öyrəndim. Bu AntiTerror Mərkəzində şöbə rəisi işləmiş (Hazırda Mədət Quliyev onu qovub) Çingiz Hacıyevdir. Bu adam Eldar Mahmudovun şərlədiyi insanların mənzilinə, avtomobilinə silah-narkotik qoyan şəxs kimi MTN-də tanınıb. Heç bir hörməti olmayan, mənəvi cəhətdən deqradasiyaya uğrayan birisi kimi tanınır”.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Fondun nazirliyə birləşdirilməsi jurnalistlərin başında çatladı

%d bloqqer bunu bəyənir: