Loading...
Loading...
bina2

Pəncərəsi olmayan binanın sirri açıldı – ABŞ dünyanı buradan dinləyirmiş

Amerika Milli Təhlükəsizlik Agentliyinin qlobal dinləmə fəaliyyəti üçün Nyu-Yorkda gizli bir binadan istifadə etdiyi barədə iddialar Qərb mətbuatında şok effekti yaradıb.

Ölkə.az xəbər verir ki, keçmiş MTA (Milli Təhlükəsizlik Agentliyi) əməkdaşı Edvard Snouden tərəfindən inşa edilən və sənədlərdə “Titanpointe” kimi qeyd edilən mərkəz ” AT&T ” telekommunikasiya şirkətinin Manhettendə yerləşən, pəncərəsi olmayan göydələninin içindədir.

Adını açıqlamaq istəməyən ” AT&T ” əməkdaşı bildirib ki, agentliyin xəfiyyələri 38-dən çox ölkənin telefon danışıqları, fakslarını və internet fəaliyyətlərini izləmək üçün binadan mərkəz kimi istifadə edir.

Bina 1978-ci ildə inşa edilib və nüvə hücumuna qarşı etibarlıdır. Binada su anbarları və generator var. Bu səbəbdən işçilər həftələrlə müstəqil formada fəaliyyət apara bilərlər.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Prezidentin qızı atasının son hədiyyəsini nümayiş etdirir – GÖZLƏRİNİZƏ İNANMAYACAQSINIZ

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: