Advertisements
24 saat

Pərviz Müşərrəfin həbsinə order verilib


Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.

“RİA Novosti” xəbər verir ki, keçmiş prezident əyalətin siyasi liderlərindən biri Əkbər Buqtinin qətlinin təşkilində ittiham olunur.

Bu ilin yanvarında birinci instansiya məhkəməsi P.Müşərrəfi bu ittihamdan azad etmişdi. Lakin Buqtinin oğlu onun həbsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdi.

P.Müşərrəfin həbs olunub olunmayacağı məlum deyil. Onun hazırda Dubayda olduğu bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: